OpeningsFirst
How it worksPricingLog in
OpeningsFirst › Jobs in the United States › Jobs in Baku, Arizona

Böyük mühəndis (Dayanıqlılıq və beynəlxalq əməkdaşlıq şöbəsi)

Socar · socar.az
Baku
Apply on Socar’s site

Share this job on LinkedIn · X

Straight from the company’s own careers site.

The job in short

Senior engineer for durability and international cooperation.

Details

Found
13 d ago · posted 2026-11-05
Location
Baku, AZ

Full description

SOCAR-da karyeranıza doğru ilk addım SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. Vakansiyanın təsviri Vəzifə haqqında məlumatlar • Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, İdarəetmə aparatı • Struktur vahidi: Dayanıqlılıq və beynəlxalq əməkdaşlıq şöbəsi • Vəzifənin adı: Böyük mühəndis • Dərəcə (ƏÖD): 15 • Vəzifə maaşı: 2183,00 AZN (vergi və digər ödənişlər daxil olmaqla) • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir. • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat) • İş yerinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 35 ("Azəriqaz" İB-nin inzibati binası) Vəzifə funksiyaları • Rəqəmsallaşma, avtomatlaşdırma, ağıllı sayğac sistemləri və intellektual monitorinq həlləri daxil olmaqla, ağıllı qaz şəbəkələrinin inkişafı üzrə layihələri idarə etmək. • Layihələrin planlaşdırılması, büdcələşdirilməsi, icrası, risklərin idarə edilməsi və fəaliyyət nəticələrinin hesabatlılığını əlaqələndirmək. • Layihələrin səmərəli icrasını təmin etmək məqsədilə aidiyyəti struktur bölmələr, texnologiya təchizatçıları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək. • Sızmaların aşkarlanması və aradan qaldırılması (LDAR) proqramları daxil olmaqla, karbon və metan emissiyalarının azaldılması üzrə təşəbbüsləri hazırlamaq və əlaqələndirmək. • ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) və DİM (Dayanıqlı İnkişaf Məqsədləri) göstəricilərini qiymətləndirmək və monitorinqini aparmaq, dayanıqlılıq hədəfləri üzrə nəticələri izləmək, toplanmış və təhlil edilmiş məlumatlar əsasında müvafiq hesabatlar hazırlamaq. • Karbon kreditləri, karbon bazarları və digər müvafiq mexanizmlər vasitəsilə emissiyaların azaldılmasından maliyyə gəlirlərinin əldə edilməsi imkanlarını qiymətləndirmək. • Dayanıqlılıq üzrə innovativ həlləri, maliyyələşmə imkanlarını və beynəlxalq əməkdaşlıq təşəbbüslərini müəyyənləşdirmək və qiymətləndirmək. Bilməlidir: • Sahəsinə uyğun Azərbaycan Respublikasının Qanunvericiliyini • SOCAR-ın və Birliyin əmr, qərar və sərancamlarını, şöbənin Əsasnaməsini və hazırki Vəzifə Təlimatını,bacarıqların idarə edilməsi metodologiyalarını • Mürəkkəb anlayışları təşkilatın bütün səviyyələrində ötürməyə qadir olan effektiv ünsiyyət bacarıqlarını. • Çarpaz funksional komandalarla işləməyi. • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni • Layihələrin idarə edilməsi və maraqlı tərəflərlə əməkdaşlığın koordinasiyası bacarığı; • Güclü analitik təhlil, ünsiyyət və problem həll etmə bacarıqları; • Eyni zamanda bir neçə layihəni idarə etmək və qarşıya qoyulmuş nəticələrə nail olmaq qabiliyyəti; • Komanda ilə işləmək və müxtəlif tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı. Təhsil və iş təcrübəsinə dair tələblər: • Təhsil istiqaməti:Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə edilməsi, layihələrin idarə edilməsi, menecment, iqtisadiyyat, sənaye menecmenti və ya əlaqəli sahələr üzrə bakalavr təhsili mütləqdir. (Müvafiq sahə üzrə magistr təhsili üstünlük hesab olunur). • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi (əsasən layihələrin idarə edilməsi sahəsi üzrə); • İngilis dili biliyi — yaxşı səviyyədə; • Rus dili – arzuolunandır; • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) — yaxşı səviyyədə; • PMP (Project Management Professional) sertifikatına və ya akkreditə olunmuş qurumlar tərəfindən verilən digər müvafiq sertifikatlara malik olmaq üstünlükdür. • Energetika və ya neft-qaz sektorunda təcrübə arzuolunandır; • Rəqəmsallaşma, ağıllı qaz şəbəkələri və ya dayanıqlılıq layihələri üzrə təcrübəyə malik olmaq üstünlükdür. Digər məlumatlar: • Tibbi sığorta: Təmin edilir. • Nəqliyyat: İş yerinə çatdırılma təmin edilmir. • Son müraciət tarixi: 12.11.2026 • Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər [email protected] emailinə müraciət ünvanlaya bilərlər. SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

All Socar jobs

Get jobs like this every morning

Jobs in India · Jobs in the US · Who’s hiring in India · Who’s hiring in the US · Browse all jobs · Companies · How OpeningsFirst works · Free jobs widget · Leadership jobs in India · Leadership jobs in the US · Senior jobs in India · Senior jobs in the US · Fresher jobs in India · Entry-level jobs in the US · Remote jobs in the US · Jobs paying $150k+ · Leadership hiring this week · Guides
OpeningsFirst · Use with AI · Terms · Privacy · Refunds · Contact · Follow us on LinkedIn · X